Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

vəzn [vəzn] isim ərəb

1. Çəki, ağırlıq. □ Mənim pambıq yükü ilə aram yoxdur. Özü çox, vəzni az. (Haqverdiyev).

2. Şeirdə misraların ölçüsü. □ –Demirəm mən sənə şair deyilsən, var şeirin; Vəzn var, qafiyə var, qaliba yox can, Yusif! (S.Əzim).

3. Musiqidə səs ünsürlərinin bir bərabərdə, müntəzəm surətdə bir-birilə əvəzlənməsi; ritm. □ Aydın vəzndə olan musiqiyə xalq mahnıları, müxtəlif xalq rəqs havaları, habelə “təsniflər” (vokal musiqi) və rənglər (çalğı musiqisi) daxildir. (Hacıbəyov).

Azərbaycan dilinin izahlı lüğəti