Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

virtual cəmiyyət

lat. virtualis – mümkün, müəyyən şəraitdə mövcud ola bilən

Si­ya­si və coğrafi sərhədlərdən asılı olmaya­raq sosial media vasitəsilə öz aralarında daimi əlaqə yaratmış, ümumi məqsəd və ma­raqlara malik insanların şəbəkəsi.

V.C. – internet vasitəsilə ünsiyyətdə olan kom­pü­ter istifadəçilərindən ibarət icmadır. ­Termini 1993-cü ildə kommunikasiya mə­sə­lələri üzrə amerikalı mütəxəssis Ho­vard Reynhold eyniadlı kitabında irəli sürüb və V.C.-ə ilkin tərif verib: «bir qrup adamın ki­ber aləmdə şəxsi münasibətlər yaratmaq üçün uzunsürən açıq və insani müza­ki­rələri nəti­cə­sində şəbəkədə formalaşan sosial birlik».

Jurnalistika terminləri lüğəti