ing. WhatsApp
İnternet vasitəsilə ani olaraq xəbər, fotoşəkil, video və audio mesajlar ötürməyə, birbaşa rabitə əlaqəsi qurmağa imkan verən informasiya mübadiləsi sistemi və müvafiq proqram təminatı.
Bu sistem 2009-cu ildə ABŞ-da yaradılıb, 2014-cü ildə WhatsApp Inc. kompaniyası Facebook Inc. şirkəti tərəfindən satın alınıb.
Jurnalistika terminləri lüğəti