Xan... ilə başlayan kişi və qadın adlarının əzizləmə məzmunlu qısaltma formasıdır.
Sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Xanış Azərbaycan antroponimikasında müştərək şəxs adlarındandır. Adın daşıyıcılarından XX əsrin ortalarında – XXI əsrin əvvəllərində Şirvan aşıq məktəbinin ənənələrini davam etdirən, Qobustan rayonunun Nabur kəndində yaşayıb-yaratmış, görkəmli Şirvan aşığı, sevimli el şairi, bəstələdiyi “Məhəbbətin qüdrəti” mahnısı ilə daha da sevilən Xanış Pirbəxtikəm (1928– 2010) xalqın yaddaşında əbədi yaşayan aşıqlardandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti