mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş xan və verdi birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Xanverdi (bax: ad – XAN; VERDİ) kişi adı xanın bağışladığı, çox hörmətli şəxsin, hakimin, hökmdarın bağışladığı (övlad) mənasındadır. Məlum olduğu kimi, məişətimizdə dünyaya gələn övladlara ailədəki digər adlara həmqafiyə adlar vermək əzəldən dəbdə olmuşdur. Xanverdi adı da Allahverdi, Tanrıverdi, Bəyverdi kimi adlara həmqafiyə kimi, yəni atanın, böyük qardaşların adına uyğun verilmiş adlardandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti