Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

xasiyyət [xa:siyyət] isim ərəb

1. İnsanın hərəkət və davranışlarında özünü göstərən əsas və ən sabit psixik xassələrinin səciyyəsi xüsusiyyətlərinin məcmusu, təbiətində olan xüsusiyyət, xarakter. □ Yaxşı xasiyyət. Sərt xasiyyət.
2. Bir şeyə xas olan hal, xüsusiyyət. □ Bu yerlərə yaxşı bələd olan Şahin dumanın da xasiyyətini bilirdi. (B.Bayramov).

Həmçinin bax:

frazeologizm: xasiyyətləri tutmaq Azərbaycan dilinin izahlı lüğəti