Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

xatir [xa:tir] isim ərəb

1. İnsanın keçmişdə olmuş bir şeyi yadda saxlama qabiliyyəti; yaddaş, zehin. □ O əhvalat indi də xatirimdədir.
2. Məcazi mənada: könül, ürək, qəlb. □ Ey fəqir, ehtiyacını göstər! İstə məndən, nə xatirin istər! (M.Ə.Sabir).
3. Məcazi mənada: mənlik hissi.
4. Hörmət, sayğı. □ Sənin xatirin üçün.
5. Xatirinə şəklində – hörmət, sayğı əlaməti olaraq. □ Mənə elə gəlir dünyada hər şey; Sənin xatirinə yaranıb ancaq. (Ə.Kürçaylı).

6. Xatirinə şəklində – ..naminə, ..üçün, ..görə, ..uğrunda. □ Sabahın xatirinə.

Həmçinin bax:

frazeologizm: bir şirinin xatirinə yüz acını udmaq frazeologizm: xatirində qalmaq frazeologizm: xatirindən çıxmaq frazeologizm: yüz acını bir şirinin xatirinə udmaq Azərbaycan dilinin izahlı lüğəti