Ox (silah). (“Koroğlu” dastanının lüğəti)
Xədəng ox şəklində də işlənir (mürğ quş, qızıl-qırmızı, uzundraz kimi komponentlərin hər ikisi eyni mənanı verir).
Cömərdlərə yaxınaram,
Xədəng oxdan saxınaram,
Min igidə təpinərəm,
Canda hünər saxlamışam.
(“Koroğlu və Bolu bəy”)
*
Yol yörürkən irast gəldim davada,
Güllə dəyər, nişan qalar arada,
Qanım qiymətinə olsa irada,
Çərkəs peykan, xədəng oxun günüdür.
(“El şairləri”)
Azərbaycan dastanlarının leksikası