Reklam
Reklam

Tarix terminləri lüğəti

xələclər

türk. halaçlar

Erkən orta əsrlərdə Amudərya çayının cənub sahilində yaşamış tükdilli oğuz tayfası.

Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” (XI əsr) əsərində “xələc” sözünün türkcə “kal ac” (ac qal) kəlməsindən yarandığı göstərilir. Səlcuqlar dönəmində səfil həyat tərzi keçirən insanlar da “kalac” adlandırılıb. X. bir çox hökmdarların ordularında xidmət ediblər. XI əsrdə X.-in müəyyən qismi səlcuqlarla birlikdə İrana, oradan isə Azərbaycana köç edib. XIX əsrin sonunda onlar Cavad qəzasında yaşayıb, əsasən, maldarlıqla məşğul olublar. Azərbaycanın bir çox bölgələrində rast gəlinən «Xələc» kənd adının bu tayfa ilə bağlılığı ehtimal edilir. Hazırda X. İran, qismən Əfqanıstan ərazisində yaşayırlar.

Həmçinin bax:

Tarix terminləri lüğəti