Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

XƏNDAN fars.

xandan sözündən olub, dilimizdə gülən, üzügülər, güləyən, sevincli, kefi kök, şad, şən mənasındadır.

Xəndan sözünə poetik mətnlərdə daha çox rast gəlinir. Xəndan etmək ürəyini açmaq, sevindirmək, şadlandırrmaq, şənləndirmək anlamındadır. Xəndan olmaq şadlığından üzü gülmək, fərəhlənmək, sevinmək mənasını ifadə edir. Klassik poeziyada daha çox gül sözü ilə, gülixəndan biçimində rast gəlinir. Məcazi mənada tamam açılmış gül deməkdir. Xəndan kişi adı Azərbaycan antroponimikasında təxəllüsdən yaranmış şəxs adları sırasındadır. XX əsrdə yaşamış görkəmli filoloq, bir çox elmi əsərlərin müəllifi Cəfər Hacıyevin (1910–1961) təxəllüsündəndir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti