Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

xərmöhrə fars

1. Palana bəzək üçün tikilən rəngbərəng iri muncuqlar.

2. Məcazi mənada: dəyərsiz, qiymətsiz.

Xərmöhrə gətirib ləldir deyər,

Doğru söz deyərsən, təbinə dəyər.

Bir igid öz qədrin bilməsə əyər,

Düşər el gözündən, hörməti olmaz.

                              (“Məsim və Diləfruz”)

Qeyd: N.Tusi “Cavahirnamə” əsərində xərmöhrə haqqında belə yazır: “Xərmöhrə ağ və uzun boyun sümüyüdür. Hər iki üzündə xallar vardır. Uzunsovdur. Uzunqulağın boyun arxasındakı ətdən çıxarılır... Əzilmiş halda vərəmli xəstələrə verilir”.

Azərbaycan dastanlarının leksikası