xatib sözü dilimizə tərcümədə məsciddə xütbə oxuyan din xadimi anlamındadır.
Lakin bəzi mənbələrdə xətib sözünün nişanlı oğlan, bəy, vaiz, natiq mənaları da qeyd edilmişdir. Bu gün Xətib adının daşıyıcıları, əsasən, yaşlı nəslin nümayəndələridir. Bu da adın artıq unudulmaqda olduğuna dəlalət edir. Adın daşıyıcılarından klassik İslam ədəbiyyatşünaslığında xüsusi xidmətləri olmuş Xətib Təbrizi (1030-1108) ümummüsəlman mədəniyyətinin və xüsusən də ərəb, fars, türk xalqları şeirinin bir sıra nəzəri və tənqidi məsələlərinin öyrənilməsi və inkişafı tarixində mühüm yer tutan şəxsiyyətlədən biri olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti