Müəllim, molla mənaları ilə yanaşı, tacir mənasında da işlənir. (“Koroğlu” dastanının lüğəti)
Dastanda tacir mənasında rast gəlinir.
Yaxşıca düşdün əlimə,
Xoca, tez mənə xərac ver!
And gətirmişəm dilimə,
Xoca, tez mənə xərac ver!
(“Koroğlunun Bayazid səfəri”)
*
Daşları var alçaq-uca,
Əylər qəflə, tacir, xoca,
Tutulub hasarlı burca,
Məhbub xanım, bizim yerlər.
(“Məhbub xanımın Çənlibelə gəlməyi”)
Azərbaycan dastanlarının leksikası