Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

xozan1

Ordubad

Müvəqqəti dincə qoyulmuş <torpaq yer>.  Bırda xozan yer yoxdi.

xozan2

Basarkeçər, Gədəbəy, Hamamlı, Qarakilsə

Küləş.  Bəy əlimizdən alardı, bizə xozan qalardı (Gədəbəy); Qırxılmamış yunumuz, xırmandakı dənimiz, xozanımız (Hamamlı).

xozan3

Mingəçevir

Buğdanın nazik qabığı.

xozan4

Zəngibasar

Darağın dişlərində yığılıb qalan yun, tük.  Başıyın xozanın buralara atma.

Azərbaycan dilinin dialektoloji lüğəti