xudadad sözündəndir. Xudadad (bax: ad – XUDA) kişi adı Allah vergisi, Tanrı verən mənasındadır.
Dilimizdə fonetik qanuna – karlaşma qanununa əsasən Xudadat kimi tələffüz edilmiş, sonradan Xudadat, eləcə də adın təhrif olunmuş forması Xudat da müstəqil kişi adları kimi rəsmiləşmişdir. Məişətimizdə XX əsrin ortalarına qədər geniş yayılmış şəxs adları sırasındadır. Azərbaycan dilində Xudadad/Xudadat antroponimi ilə sinonim adlar da kifayət qədərdir. Məsələn, Allahverən (bax: ad – AL- LAHVERƏN), Tanrıverdi (bax: ad – TANRIVERDİ), Xalıqverdi (bax: ad – XALIQVERDİ) və s. Adın daşıyıcılarından Azrbaycan tarixində ictimai xadim kimi tanınmış ilk ali təhsilli həkim, cərrah Xudadat bəy Rəfibəyli (1878–1920) Gəncədə mərkəzi xəstəxananın baş həkimi işləmişdir. Cümhuriyyətin İkinci hökumət kabinetində Səhiyyə naziri təyin edilmiş Xudadat bəy 1919-cu ilin may ayında xalqın dəstəyi ilə Gəncənin general-qubernatoru vəzifəsinə seçilmişdir. 1920-ci ildə yeni hökumət – bolşevik hökuməti tərəfindən Gəncənin ilk və son azərbaycanlı qubernatoru Xəzərin kiçik bir adasına aparılaraq saxta ittihamla güllələnmişdir. Adın daha bir məşhur daşıyıcısı alim, ixtiraçı, Azərbaycanda texniki elmlər sahəsində ilk professor Xudadad bəy Məlikaslanov (1879-1935) Cənubi Qafqaz dəmiryol nəqliyyat sistemində mühəndis, stansiya rəisi, Azərbaycanın Rabitə Yolları naziri, ali məktəbdə kafedra müdiri, Azərbaycan Tikinti Komitəsinin, Plan Komitəsinin nəqliyyat və rabitə bölməsinin sədri olmuşdur. Azərbaycan SSR-də magistral dəmiryol şəbəkəsinin inkişaf planının işlənib həyata keçirilməsi, şəhərdaxili nəqliyyat və s. məsələlərin həlli ilə məşğul olmuş, 70-dən çox elmi əsər (də- miryol nəqliyyatına aid üç monoqrafiya və s.) dərc etdirmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti