Düşmən. (“Koroğlu” dastanının lüğəti)
Bir çox halda yağı və düşmən sözləri qoşa işlənir.
Götürüb belimə qılınc bağlayıb,
İzin versən, Ərzuruma gedərəm.
Yağı düşmən qəzəbindən qorxmaram,
İzin versən, Ərzuruma gedərəm.
(“Koroğlunun Ərzurum səfəri”)
*
Ərəb paşa, sənə bir ərz eləyim,
Yerim xəbər alsan, Muradbəyliyəm.
Yağı düşman mənnən qovğa başlasa,
Misri qılınc əldə gərək teyləyəm.
(“Koroğlunun Dərbənd səfəri”)
Azərbaycan dastanlarının leksikası