irland yazıçısı Conatan Sviftin «Qulliverin səyahətləri» əsərində «kobud, inkişafdan qalmış insan» mənasında işlədilən «Yahoo» sözündən
İstifadəçilərə müxtəlif xidmətlər təklif edən populyar internet-portal, axtarış sistemi.
Y. 1994-cü ildə Stenford universitetinin (ABŞ) tələbələri Cerri Yanq və Devid Filo tərəfindən məhz axtarış sistemi kimi yaradılıb, sonradan genişlənərək informasiya, elektron poçt, elektron ticarət və s. sahələrdə çoxsaylı xidmətlər göstərməyə başlayıb. Portalın adının mənşəyi barədə bir neçə fərziyyə mövcuddur. Lakin onun yaradıcıları bu adı «Qulliverin səyahətləri» kitabından götürdüklərini bildirirlər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti