Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

yal1

Atın (və bəzi başqa heyvanların) boynunun üst hissəsində bitən uzun tüklər; yalman. (“Koroğlu” dastanının lüğəti)

Ərzurumun bazarına varanda

Məqamda düşmanı atmağın gərək.

Gördün ki, mətləbin başa varmadı,

Ərəb at yalına yatmağın gərək.

                                   (“Koroğlunun Ərzurum səfəri”)

                                          *

Axırda gördü olmayacaq, yapışdı atın yalından, özü də sərildi yəhərə.  (“Məhbub xanımın Çənlibelə gəlməyi”)

yal2

Hündür bir yerin təpəsi, dikdir. (“Koroğlu” dastanının lüğəti)

Ağqayanın düşmən keçməz keçidi,

Güllü yalın cüt bulağı gözəldi!

                                (“Mərcan xanımın Çənlibelə gəlməyi”) (İ.A.,B.A.)

                               *

At odu üstündən ər aşırmaya.

Dərə dolandurub yal aşırmaya,

Üstündə əl-ətək dolaşdırmaya,

Qoç igidin atı dəli gərəkdi.

                          (Paris nüsxəsi, 6-cı məclis)

Azərbaycan dastanlarının leksikası