Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

yalama1

Çənbərək, Gədəbəy, Gəncə, Hamamlı, Qazax, Laçın, Zaqatala

Heyvana verilən daş duz. □ İnəx'lərə yalama ver, yoxsa dalağ olallar (Gəncə); Yalamanı qoy atın qavağına (Laçın).

yalama2

Daşkəsən, Gədəbəy, Qazax, Tovuz

Xırda daş, kəsək. □ Uşax yalameyi atdı, itin baldırı qırıldı (Qazax); Get, dalıncan da yalama getsin (Daşkəsən); Ay uşax, qoyman yalama atsınnar ağaşdara (Gədə­bəy).

Azərbaycan dilinin dialektoloji lüğəti