Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yanğı [yanğı] isim

1. Ürəyi su istəmə, susama, susuzluq, atəş. □ Su yanğımı kəsmir. Atlar yanğıdan əldən düşdü.

2. Yanğın. □ Belə od olmaz, böylə alo! Od deyil, yanğı deyil, lovdur, lo! (M.Ə.Sabir).

3. Məcazi mənada: böyük həsrət, şiddətli arzu (adətən “ürək” sözü ilə). □ Mənim ürəyimin yanğısı su ilə sönən yanğıdır? (M.F.Axundzadə).

4. Məcazi mənada: təsir mənasında.

Azərbaycan dilinin izahlı lüğəti