Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yarlıq1 [yarrıx] isim

Klassik ədəbiyyatda dostluq, yoldaşlıq; məhəbbət, sədaqət mənalarında işlənmişdir. □ Əzmi-kuyində könül yarlıq istər bizdən; Əlimizdən nə gəlir xeyri-duadən qeyri. (M.Füzuli).

yarlıq2 [yarlıx] isim

1. Tarix. Qızıl Orda xanlarının, özlərinə tabe olan ayrı-ayrı yerlərin idarəsinə aid fərmanı.

2. Malların və ya başqa bir şeyin üstünə yapışdırılan və onların adını, növünü, çəkisini, qiymətini və s.-ni göstərən kağız parçası; etiket. □ Malın yarlığı cırılıb.

3. Məcazi mənada: damğa. Hər kəsə bir yarlıq vurur.

Azərbaycan dilinin izahlı lüğəti