Reklam
Reklam

Tarix terminləri lüğəti

yasaq

tat. yasak – natural vergi; başq. yahak – vergi, mükəlləfiyyət

Rusiya imperiyasında ovçuluqla məşğul olan qeyri-rus xalqlardan alınan natural vergi.

Y. XV–XVIII əsrlərdə Volqaboyunda, XVII əsr – XX əsrin əvvəlində isə Sibirdə ovçuluqla məşğul olan qeyri-rus xalqlarına tətbiq olunub. Hər nəsil və tayfa üçün Y. ayrılıqda təyin edilib. Bu vergi əvvəlcə xəz, bəzi hallarda isə mal-qara ilə ödənilib, 1720-ci illərdən etibarən Volqaboyunda, 1822-ci ildən isə Sibirdə pulla toplanmağa başlanıb. Y. 1917-ci il Fevral inqilabına qədər mövcud olub.

Tarix terminləri lüğəti