Bu söz yatmaq feili ilə kökdaşdır, əsli yatsı kimi olub. Bəzi dialektlərdə yat və yas feilləri eyni mənada işlədilir. Yatmaq (uzanmaq) sözü də yastı ilə uyğun gəlir (yerə yatmaq elə “yastı vəziyyət almaq” deməkdir). Yastıq (əsli: yatsıq) sözü də bunlarla qohumdur. Anadolu türklərində bu söz yassı kimi işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti