Reklam
Reklam

Tarix terminləri lüğəti

Yenisey qırğızları

Sayan-Altay dağları bölgəsində e.ə. III əsrdən eramızın XIII əsrinədək mövcud olmuş qədim türk xalqı.

Y.Q. müasir xakasların və qırğızların əcdadları sayılır. Onlar haqqında ilk məlumatlara e.ə. 201-ci ilə aid Çin mənbələrində rast gəlinir. Eramızın V–VIII əsrlərində Y.Q. jujanların, Türk və Uyğur xaqanlıqlarının hakimiyyəti altında olublar, XIII əsrdə isə monqolların əsarəti altına düşüblər. Bundan sonra Y.Q.-nın parçalanması prosesi başlayıb. Onların Yenisey çayı hövzəsi və Altay dağlarında qalan hissəsi xakasların əsasını təşkil edib. Digər qismi isə müasir Qırğızıstan ərazisinə köç edərək qırğız xalqının etnogenezində iştirak edib.

Tarix terminləri lüğəti