Zərfliyin hərəkət və əlamətin yerini bildirən növü.
Haraya? harada? haradan? haraya kimi? haraya qədər? və s. suallardan birinə cavab verir. Yer zərflikləri, əsasən, məkan bildirən isimlərlə, ismi birləşmələrlə, yer zərfləri ilə ifadə olunur; məs.: Bəlkə, Bakıdan professor çağıraq? (İ.Əfəndiyev) Arvad elə bildi, Bəbir Ələmgilin həyətində kimisə qanına qəltan eləyib (İ.Məlikzadə). Arvad istədi qapıdan artırmaya boylansın (İ.Məlikzadə).
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti