Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

yığıntı1

Gədəbəy, Gəncə, Xanlar, Kür­dəmir, Mingəçevir, Şəki, Zəngəzur

Nehrə çalxamaq üçün bir neçə gün yığılıb saxla­nılan qatıq. □ Bizim bu gün yığıntımız çoxdu (Zəngəzur); Yığıntı i.lənifdi (Gəncə).

yığıntı2

İmişli

Məc. hirs, acıq. □ Gəldi yığıntısın tökdi mə:m üssümə. 

Azərbaycan dilinin dialektoloji lüğəti