Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

yumor

ing. humour – komizm, məzə > lat. humor – rütubət

Tərbiyəvi əhəmiyyət daşıyan bədii gülüş.

Satiradan fərqli olaraq yumor ifşaedici deyil, islahedici, xoşməramlı gülüşdür. O, oxucuda qəzəb, nifrət yox, təəssüf hissi doğurur. Həyatdakı gülünc, komik hadisələri, insanların zəif cəhətlərini və nöq­sanlarını əks etdirən əsərlərdə yumordan istifadə edilir. C.Məmmədquluzadənin “Poçt qutusuhekayəsində oxucu Novruzəliyə yumor hissi ilə gülür. Şifahi xalq ədəbiyyatında, xüsusilə lətifələrdə yumora geniş yer verilir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti