Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ZAHİDƏ

ərəb. zahid sözündən olub, dünyanın zövq və nemətlərindən əl çəkib vaxtını ibadətlə keçirən dindar (adam), tərkidünya mənasındadır.

Zahidə qadın adı insanlardan qaçaraq qapalı həyat keçirən adam anlamını ifadə edən Zahid kişi adından (bax: ad – ZAHİD) ənənəvi yolla yaranmış qadın adıdır. Adın məşhur daşıyıcılarından XII–XIII əsrlərdə Təbriz hökmdarı Zahidə xatun idarəçilik fəaliyyəti ilə məşhurlaşan, şəhərin abadlaşmasına, mədəniyyətin inkişafına böyük diqqət yetirən, şəhəri yadelli işğalçılardan xilas etmək üçün əlindən gələni əsirgəməyən dövlət xadimlərindən olmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti