Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

zat [zat] isim ərəb

1. Əsil, mənşə, kök, nəsil, nəsəb. □ Nəcabət adamın zatında olar. (Atalar sözü).
2. Arxaizm. Şəxs, adam, şəxsiyyət, sima; hörmətli, mötəbər şəxs. □ İgidin bir atıdır; Bir də təmiz zatıdır; Koroğluda qoçaqlıq; Onun ehtiyatıdır. (Bayatı).
3. Özü, öz nəfəsi, öz varlığı. □ Bitməzmi cəfa, axıra yetməzmi kəşakəş? Axırda yaxar zatını yağdıqların atəş. (M.S.Ordubadi).
4. Arxaizm. Varlıq, əsil, təbiət, mahiyyət. □ O küləkdir, özü vardır, zatı yox. (Xəstə Qasım).

Azərbaycan dilinin izahlı lüğəti