ər. zəval
Ziyan, zərər // bəla, müsibət, xətər, qorxu. (“Koroğlu” dastanının lüğəti)
İndi bizim də əsl bəlamız qayıdan başdadı. İndi bizə heç bir zaval yoxdu. (“Koroğlunun Bayazid səfəri”)
*
Nə bilirdi Koroğlunun halını,
Bu tər savaşını, bu zavalını,
Yükləyin karvanın, çəkin malını!
Qoy ah çəksin, öz-özünə dərd olsun.
(“Koroğlunun Ərzurum səfəri”) (“Cünun–Mirzə”)
Azərbaycan dastanlarının leksikası