Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

zəncir [zəncir] isim fars

1. Bir-birinə keçmiş halqalardan ibarət dəmir bağ; silsilə. □ Dəlini zəncirlə yox, tədbirlə tutarlar. (Atalar sözü).
2. Buxov, qandal. □ Əzizim bağlı qaldı; Yar qəlbi dağlı qaldı; Zəncir, buxov görmədi; Qollarım bağlı qaldı. (Bayatı).
3. Məcazi mənada: əsarət, zülm, məhkumluq rəmzi. □ İnsanlara zəncir, fəğan gətirən; O, faşist adlanan qara itləri; Məhv et silahının qüdrətilə sən! (R.Rza).
4. Məcazi mənada: klassik şeirdə gözəlin zülfünə işarə mənasında işlənmişdir. □ Saçın zəncirinə könül bağladım; Məcnun kimi düşdüm dağa, Fatimə! (M.P.Vaqif).

Həmçinin bax:

frazeologizm: acığından zəncir çeynəmək (gəmirmək) frazeologizm: əlindən zəncir çeynəmək (gəmirmək) frazeologizm: hirsindən zəncir çeynəmək (gəmirmək) frazeologizm: qəzəbindən zəncir çeynəmək (gəmirmək) frazeologizm: zəncir çeynəmək (gəmirmək) frazeologizm: zənciri qırmaq frazeologizm: zəncirini dartıb saxlamaq Azərbaycan dilinin izahlı lüğəti