1. Sarı; sarılıq.
2. Sarıköynək quşunun məhəlli adı. (“Koroğlu” dastanının lüğəti)
Beş gün bu fani dünyada
Bənzim zərd oldu, zərd oldu,
Gördüm bir qanlı zalımı,
Mənə dərd oldu, dərd oldu.
(“Koroğlunun qocalığı”) (“Koroğlu–Hümmət”)
*
Ay həzərat, ay camaat,
Ürək zərd oldu, zərd oldu!..
Genə namərdin sözləri
Cana dərd oldu, dərd oldu!
(“Koroğlunun qocalığı”)
Azərbaycan dastanlarının leksikası