Hüququ pozulmuş şəxsin öz hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərc, onun əmlakından məhrum olması, əmlakının zədələnməsi nəticəsində gördüyü ziyan, habelə hüququ pozulmasaydı, əldə edə biləcəyi gəlir.
Z. forma və məzmununa görə əmlak (maddi) və qeyri-əmlak (mənəvi) xarakterli olur. Mənəvi Z.-lə bağlı məhkəmə işlərinin əksəriyyəti KİV-də yayılmış materiallar üzrə qaldırılır. Belə işlərə dair proseslərdə yaranan çətinlikləri aradan qaldırmaq üçün Azərbaycanın Konstitusiya Məhkəməsi Mülki Məcəllədə əksini tapmış Z. anlayışına əlavə izah verib: «zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür».
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti