Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

zılğa1

Cəbrayıl, Zəngilan

1. Bax: zığla (Zəngilan). □ Quşun balası hələ zılğadı, uçə.lmir; Divardakı ilan zılğaları uddu; Düləçənin balalarının hamısı hələ zılğadı.

2. Anadan təzəcə doğulmuş uşaq (Cəbrayıl).

zılğa2

Füzuli, Sabirabad, Şamaxı

Balacaboy (adam).

zılğa3

Daşkəsən, Şəki

Arıq, zəif. □ Uşax əmələ gəlmir, heylə zılğa durur (Şəki).

Azərbaycan dilinin dialektoloji lüğəti