Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

zimistan fars

Qış, qış fəsli. (“Koroğlu” dastanının lüğəti)

Qeyd: Rus dilində зима sözü ilə yaxınlığı hər iki dilin Hind-Avropa dil ailəsinə aid olması ilə bağlıdır.

Gəzdim şəhərlər, obalar,

Keçdi zimistan, yaz gördüm,

Dolandım çöllər, səhralar,

Bulaq üstə yarpız gördüm.

        (“Eyvazın Çənlibelə gətirilməyi”)

                      *

Zimistanım döndü yaza,

Qulaq verin sözə, saza,

Koroğlu yetdi muraza,

Xoş gəldiniz, dəlilərim!..

                  (“Koroğlunun qocalığı”)

Azərbaycan dastanlarının leksikası