Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

zinzilə1

Oğuz

Çətinlik, ağır şərait.

zinzilə2

Qax, Şəki, Zaqatala

Zəl­zələ. □ Bi dəfə elə zinzilə oldu ki, irəfdən qav-qacax töküldü (Şəki).

zinzilə3

Qax, Mingəçevir, Zaqatala

1. İldırım (Qax, Zaqatala). □ Habı yıl durupı bi zinzilələr vurup; Evuva zinzilə vursun (Qax).

2. Səs-küy, dava-dalaş (Mingəçevir). □ Bö:üx' dava oldu, yaman zinzilə qofdu.

zinzilə4

Gədəbəy, Qax, Zaqatala

Dəridə əmələ gələn xəstəlik, ekzema. □ Zinzilədi uşax də:sən (Gədəbəy).

zinzilə5

Qax, Zaqatala

Uçurum.

Azərbaycan dilinin dialektoloji lüğəti