ərəb. zöhra əslində Günəş sisteminə daxil olan yeddi ulduzdan biri olub, Şərqdə eşq ilahəsi Venera planetinin adıdır.
Zöhrə görünən ulduzların arasında ən parlaq olanıdır. Qədim astrologiya elmində Zöhrə ulduzu şənlik və çalğı ulduzu hesab olunur. Dünyanın bir çox xalqlarında məhəbbət və gözəllik ilahəsi kimi məşhurdur. Cümə gününü ifadə edən Zöhrə (Venera) Şərqdə həm də eşq ilahəsi kimi tanınır. Xalq ədəbiyyatımızda da, klassik ədəbiyyatda da adətən gözəllik rəmzi kimi işlədilir. Dini rəvayətə görə, guya parlaq Zöhrə planetinə gümüşü rəngi Məhəmməd Peyğəmbər özü vermişdir. Məşhur “Tahir və Zöhrə” dastanının əsas qəhrəmanlarındandır. XX əsrdə olduğu kimi, bu gün də məişətimizdə geniş yayılmış qadın adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti