Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

zövq [zövk'] isim ərəb

1. Hər hansı bir xoş təəssüratdan duyulan sevinc hissi, məmnunluq hissi; ləzzət, həzz, nəşə. □ Sən mükafatını insanlığa xidmətində ara; Əbədi zövq, təsəllini həqiqətdə ara. (A.Səhhət).
2. Şəhvani ləzzət. □ ..hər gün bir dəqiqəlik zövqün üçün tuş gəldiyin hər bir qadına göz basırkən, kimsə sənə namussuz demirdi. (C.Cabbarlı).
3. Gözəllik, hüsn. □ Nə xoş gəlib bu qış, bu qar; Qışın da başqa zövqü var. (M.Dilbazi).
4. Gözəlliyi, incəliyi hiss etmə, duyma, seçmə, başa düşmə qabiliyyəti; estetik duyğu. □ Zövq ilə geyinmək.
5. Meyil, həvəs, istək. □ Qulluq zamanı öz fitri zövqümə görə, mütaliə və təhsilimdən qalmadım. (M.F.Axundzadə).
6. Əyləncə, şadlıq, kef, səfa. □ Zövq içində yaşamaq.

Həmçinin bax:

frazeologizm: zövq almaq frazeologizm: zövqünə yatmaq frazeologizm: zövqünü oxşamaq Azərbaycan dilinin izahlı lüğəti