Taborluların məğlubiyyətindən sonra XV əsrin ortalarında meydana gəlmiş və müstəqil kilsə təşkilatına çevrilmiş çex dini sektası.
Ç.Q.-nın fəaliyyətində maarifçilik mühüm yer tutub. Onlara Bohemiya (Çexiyanın qədim adı) qardaşları, Moraviya (Çexiyanın vilayəti) qardaşları da deyiblər. 1618–1620-ci illər Çexiya üsyanının məğlubiyyətindən sonra sekta darmadağın edilib, üzvləri isə Bohemiya və Moraviyadan qovulub.
Tarix terminləri lüğətirus. чрезвычайная комиссия – «fövqəladə komissiya» sözlərinin baş hərflərinin tələffüz formasından ibarət abreviatura
Rusiyada 1917-ci il oktyabr çevrilişindən sonra əks-inqilaba və sabotaja qarşı mübarizə məqsədilə yaradılmış xüsusi səlahiyyətli cəza orqanı.
1917-ci ilin dekabrında fəaliyyətə başlamış Ç., əslində, nəinki yeni rejimin düşmənlərinə, fərqli düşüncəyə malik bütün insanlara qarşı “qırmızı terror”u həyata keçirən orqana çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra təkcə 1920-ci ilin aprelindən 1921-ci ilin avqustunadək olan müddətdə ölkədə 48 min insan Ç.-nın qurbanı olub. Onların da əksəriyyətini ziyalılar təşkil edib. Ç. 1922-ci il fevralın 6-da ləğv olunub, onun səlahiyyətləri Rusiya Daxili İşlər Xalq Komissarlığı yanında yaradılmış Dövlət Siyasi İdarəsinə (QPU) verilib.
Tarix terminləri lüğətipol. czerwony – qırmızı, qızılı
1. I Pyotrun hakimiyyətinə qədərki dönəmdə Rusiyada tədavüldə olan bütün xarici qızıl sikkələrin ümumi adı.
2. I Pyotrun pul islahatları gedişində 1701-ci ildən buraxılmış və XVIII–XIX əsrlərdə dövriyyədə olmuş 3 rubl dəyərində rus qızıl sikkəsi.
986 əyarlı qızıldan kəsilən Ç.-nun çəkisi 3,47 q olub. İkiqat dəyərə malik Ç. sikkələr də kəsilib: onların çəkisi 6,94 q təşkil edib.
3. 1922–1947-ci illərdə SSRİ Dövlət Bankının buraxdığı 10 rubl dəyərində bank biletləri.
Bu biletlər 1, 2, 3, 5, 10, 25 və 50 Ç.-luq əsginaslar şəklində olub. Ç.-un qızıl tərkibi 7,74234 q müəyyən edilib. 1947-ci ildə pul islahatı zamanı Ç.-u rublla ifadə olunan yeni bank biletləri əvəzləyib.
Tarix terminləri lüğətiing. enclosures – çəpərləmə
Erkən yeni dövrdə icma torpaqları və adətlərinin Avropada zorakı yolla ləğvi forması.
Ç. klassik formada XV əsrin sonu – XIX əsrin əvvəllərində İngiltərədə tətbiq edilib, lakin belə hallara Almaniya, Niderland və Fransada da rast gəlinib. Ç.-ə XV–XVI əsrlərdə mahud sənayesinin inkişafı ilə əlaqədar yunun qiymətinin artması səbəb olub. Bu zaman lordlar icmaya aid otlaqlarla yanaşı, əkin sahələrini də kəndlilərin əlindən alaraq çəpərləyiblər. Onlar bu sahələri qoyunçuluğun daha da inkişaf etdirilməsi məqsədilə özləri istifadə edib, ya da fermerlərə icarəyə veriblər. İngilis kəndlilərinin əksəriyyətinin əkin sahələri üzərində mülkiyyət hüququ olmadığından onlar Ç. prosesində əmək alətləri, ev və torpaqlarını itirərək səfillərə çevriliblər. «Qoyunlar adamları yeyir» ifadəsi də bu dönəmdə yaranıb. Ç. kənd əhalisinin sosial tərkibini kəskin şəkildə dəyişərək kənd təsərrüfatında kapitalist münasibətlərinin inkişafına təkan verib: feodallar kapitalist tipli lendlordlara çevriliblər, burjuaziya isə müflis olmuş kəndlilərin simasında ucuz işçi qüvvəsi əldə edib.
Tarix terminləri lüğətiAzərbaycanda, Ön Asiya və Yaxın Şərq ölkələrində geniş yayılmış üst qadın geyimi.
Ç. astarlı olub, belə qədər bədənə kip biçilib. Yan tərəflərdə ətəyə yaxın hissədə kəsiyi, bel hissədə bağları olan Ç.-in əlcəklə bitən qollarına bəzən düymələr düzülüb. Ç. tirmə, darayı, məxmər, müxtəlif zərli parçalardan tikilib, onun yaxası, ətəyi, qolunun kənarları zərif bafta və digər tikmələrlə bəzədilib. Bəzən Ç.-in üstündən gümüş kəmər də bağlanıb.
Tarix terminləri lüğətiKeçmişdə Azərbaycanda xırdavat alveri ilə məşğul olan səyyar satıcı.
Ç. şəhər dükanlarından və tacirlərdən borc, yaxud nağd pulla ədviyyat, boyaq, xına, basma, iynə-sap, qayçı və s. məişət ləvazimatları alaraq onları qəsəbələrdə, kəndlərdə əhaliyə satmaqla məşğul olub. Ticarət şəbəkəsinin sonrakı inkişafı prosesində Ç.-lər tədricən sıradan çıxıb.
Tarix terminləri lüğətiKeçmişdə Yaxın Şərqin bəzi ölkələrində, həmçinin Azərbaycanda mollaxana şagirdlərinin əlifba kitabı kimi istifadə etdikləri kiçik dərslik.
Ç. Quranın “əmmə” cüzinin (son otuzuncu hissəsinin) surələrindən tərtib olunub. Hələ heç bir hərfi tanımayan uşaqlara mollaxanada Ç. üzrə sxolastik “höccələmə” üsulu ilə ərəbcə kiçik mətnlər öyrədilib. C.-ni bitirdikdən sonra uşaqlar mollaxanada Quranı oxumağa başlayıblar.
Tarix terminləri lüğətiOrta əsrlərdə Azərbaycanda və bəzi qonşu Şərq ölkələrində xüsusi hərbi süvari dəstənin döyüşçüsü.
Ç. dəstələri ən təcrübəli və cəsur döyüşçülərdən təşkil olunub. Döyüş, adətən, onların çərxçibaşının rəhbərliyi altında meydana girməsi ilə başlanıb. Ç.-lərə rəhbərlik görkəmli əmirlərə etibar edilib; məs.: Çaldıran döyüşündə (1514) qızılbaşların çərxçibaşısı Xanməhəmməd Ustaclı, osmanlılarınkı isə Sarı Pirə olub. Ç. dəstələri yalnız döyüş ərəfəsində yaradılıb.
Tarix terminləri lüğətiOrta əsrlərdə bəzi Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda qeyri-nizami döyüşçü dəstəsi.
Müharibə zamanı ayrı-ayrı vilayətlərdən yerli feodalın başçılığı ilə ordunun köməyinə göndərilən Ç.-lər, adətən, hərbi məşq keçməmiş könüllülərdən təşkil olunub. Səfəvilər dövlətinin yarandığı ilk dövrlərdə belə dəstələr dövlətin hərbi qüvvələrinin əsasını təşkil edib. Ç.-lərin “köməkçi qoşun”, “könüllü ləşkər”, “başıpozuqlar” kimi başqa adları da olub. Müharibə bitdikdən sonra Ç. dəstələrinin döyüşçüləri öz evlərinə qayıdıblar.
Tarix terminləri lüğətirus. чин – rütbə
Rusiyada hərbi və mülki dövlət qulluqçularının xidməti dərəcələr sistemi.
Pilləli ardıcıllıqla dövlət qulluqçularına verilən Ç. sahiblərinin müəyyən hüquq və imtiyazları olub. Rusiyada XVI əsrdən tətbiq edilən bu sistem 1917-ci il oktyabr çevrilişindən sonra, əsasən, aradan qaldırılıb. Sovet dönəmində prokurorluq orqanlarının nümayəndələri üçün Ç. dərəcələri mövcud olub.
Tarix terminləri lüğətiOrta əsrlərdə Yaxın Şərqin bir sıra ölkələrində, eləcə də Azərbaycanda mövcud olmuş, bazarda satılan mal-qaranın sayına görə natura və ya pul şəklində alınan vergi.
Bu vergi növü Səfəvilər dövründə geniş yayılıb. XVI əsrdə 40 baş qoyundan 15 bisti, XVII əsrdə isə bir buğadan – 6 quruş, bir qoyundan – 1 qazbeki həcmində Ç. alınıb. Ç. toplanılması hüququ bəzən ayrı-ayrı şəxslərə icarəyə verilib.
Həmçinin bax:
Tarix terminləri lüğətiTürk-monqol mənşəli nəsil, sonralar tayfa.
Ç. Suldus tayfasından törəyiblər. Suldus tayfa başçıları Çingiz xanın hakimiyyətə keçməsində, sonralar isə onun apardığı müharibələrdə yaxından iştirak ediblər. Elxanilər dövləti (1256–1357) yarandıqdan sonra bu tayfa Urmiya gölü ətrafında məskunlaşıb. Onların nümayəndəsi Əmir Çoban Elxanilər dövlətinin idarə olunmasında mühüm rol oynayıb və tayfa Ç. adı ilə tanınmağa başlayıb. 1357-ci ildə Elxanilərin süqutundan sonra Ç. siyasi həyatdan uzaqlaşıblar. Elxanilər dövlətində faktik hakimiyyət Ç.-in əlində olduğu üçün tarixi ədəbiyyatda bəzən yanlış olaraq “Ç. dövləti” termini də işlənir. Lakin Ç. yalnız Elxanilərin baş əmirləri olublar, onlar heç vaxt özlərini hökmdar elan etməyib, adlarına pul kəsdirməyib və xütbə oxutdurmayıblar.
Tarix terminləri lüğətiital. ciompi – yunəyirən
XIV əsrdə Florensiyada və İtaliyanın bir sıra şəhərlərində mahud manufakturalarında yunəyirənlər və digər muzdlu fəhlələr.
Ç.-lər 1378-ci ildə üsyan qaldıraraq əməkhaqqının artırılması və dövlətin idarə olunmasında iştirak hüququ tələb ediblər. Bu, Avropa tarixində muzdlu fəhlələrin siyasi tələblərlə ilk çıxışı hesab olunur. Ç.-lər Mikele di Landonun başçılığı ilə hökumət yaradıb, xalq qoşunu təşkil ediblər. Lakin di Landonun xəyanəti səbəbindən üsyan yatırılıb.
Tarix terminləri lüğətiing. chopper – balta, çapacaq
Paleolit dövrünə aid ən qədim kəsici əmək alətlərindən biri.
Kobud çapma aləti olan Ç. ibtidai insanların 7,5–10 sm ölçüdə çaydaşının bir tərəfindən qəlpələr qoparmaq üsulu ilə hazırlanıb. Ç.-ləri ilk dəfə təxminən 2,5 mln. il əvvəl avstralopiteklər düzəldib. Olduvay mədəniyyəti dönəmində Ç.-lər daha mükəmməl çoppinqlərlə əvəzlənib. Azərbaycanda Ç. tipli alətlər Azıx mağarasının alt təbəqələrindən aşkar olunub.
Tarix terminləri lüğətiing. chopping – kəsmə, doğrama
Qədim və Orta Paleolit dövrünə aid kəsici əmək aləti.
Çopperdən fərqli olaraq Ç.-i ibtidai insanlar çaydaşının hər iki tərəfindən qəlpələr qoparmaq üsulu ilə hazırlayıblar. Bu səbəbdən Ç.-lərin ağzı daha iti olub, ibtidai insanların işi xeyli asanlaşıb. Azərbaycanda Ç. tipli əmək alətləri Azıx mağarasının 5–8-ci təbəqələrindən tapılıb.
Tarix terminləri lüğəti