Reklam
Reklam

Tarix terminləri lüğəti

çəpkən

Azərbaycanda, Ön Asiya və Yaxın Şərq ölkələrində geniş yayılmış üst qadın geyimi.

Ç. astarlı olub, belə qədər bədənə kip biçilib. Yan tərəflərdə ətəyə yaxın hissədə kəsiyi, bel hissədə bağları olan Ç.-in əlcəklə bitən qollarına bəzən düymələr düzülüb. Ç. tirmə, darayı, məxmər, müxtəlif zərli parçalardan tikilib, onun yaxası, ətəyi, qolunun kənarları zərif bafta və digər tikmələrlə bəzədilib. Bəzən Ç.-in üstündən gümüş kəmər də bağlanıb.

Tarix terminləri lüğəti