türk. çorbacı – hərfi mənası: duru xörək paylayan
1. Yeniçərilərdə orta (bölük, rota) komandir vəzifəsinə uyğun olan zabit rütbəsi.
2. Osmanlı imperiyasında kənd əhalisinin yuxarı təbəqəsinə mənsub olan yüzbaşı, kəndxuda və ya varlı kəndli.
3. XIX əsrdə Türkiyənin əyalət şəhərlərində, əsasən, varlı xristianlara verilən ad.
4. Müasir Türkiyədə dənizçilərin danışıq dilində gəmi sahibi.
Tarix terminləri lüğətiAzərbaycanda xanlıqlar dövründə (XVIII əsrin II yarısı – XIX əsrin əvvəli) yaylaq və qışlaqlarda otlaq sahiblərinin mal-qaranın otarılmasına görə maldarlardan aldıqları vergi.
Ç. otlaqların sahəsinə müvafiq olaraq, əsasən, pulla ödənilib, Quba, Şamaxı, Bakı və s. xanlıqlarda geniş yayılıb, bəzən çölpulu da adlanıb.
See also:
Tarix terminləri lüğətiOrta əsrlərdə bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda yayılmış atçılıq idman növü.
Ç. adı ağacdan hazırlanan alətin adından götürülüb. Ot üstündə xokkeyi xatırladan Ç.-in qaydalarına görə, hər biri bir neçə atlıdan ibarət iki komandanın üzvləri uzunluğu 120–130 sm olan ucuəyri Ç.-lə topu rəqib qapısından keçirməyə çalışırlar. Oyun uzunluğu 90–120 m, eni isə 60–120 m olan sahədə keçirilir. Meydançanın hər iki qurtaracağında düzəldilən qapı dirəklərinin hündürlüyü 2–5 m olur. Ç. oyunu, adətən, musiqi sədaları altında keçirilir.
Tarix terminləri lüğətitürk. çoha – mahud
Mahuddan hazırlanan kişi üst geyimi.
Keçmişdə Qafqaz xalqları, həmçinin azərbaycanlılar arasında bu geyim növü geniş yayılıb. Qafqazda dağlıların “çərkəzi” adlandırdıqları Ç. rus kazakları arasında “çerkeska” kimi tanınıb. Gövdə, ətək və qoldan ibarət olan Ç.-nın döş hissəsinə bəzək məqsədilə vəznə tikilib. Ç.-nın üstündən nazik kəmər bağlanıb.
Tarix terminləri lüğətitürk. çukur – çökək, çala + set – düzənlik yayla
XV–XVIII əsrlərdə Azərbaycanın tarixi vilayətlərindən birinin adı; indiki Ermənistan Respublikasının ərazisini əhatə edən və Axısxadan Qarabağadək uzanan sahə.
Ç.-in mərkəzi İrəvan şəhəri olub. Ehtimala görə, Araz çayının orta axarının hər iki sahili həqiqətən çökək düzənliklərdən ibarət olduğu üçün bu ərazi belə adlanıb. Səfəvilər dönəmində – XVI əsrin I yarısında həmin ərazidə Ç. bəylərbəyiliyi yaradılıb. XVII əsrdən Naxçıvan vilayəti də Ç. bəylərbəyiliyinin tərkibinə daxil edilib. Səfəvilər dövləti və Nadir şahın süqutundan sonra Ç. ərazisində İrəvan və Naxçıvan xanlıqları yaranıb.
Tarix terminləri lüğətiMüxtəlif ev heyvanlarının (at, dəvə, öküz və s.) belinə salmaq üçün istifadə olunan örtük.
Ç.-lar, əsasən, xovlu və xovsuz xalça texnikası, bəzən də tikmə üsulu ilə istehsal olunub, yun və ipək saplardan toxunub. Adətən, onların üzəri heyvan, quş rəsmləri, həndəsi və nəbati (gül, qönçə, yarpaq) naxışlar, həmçinin saçaqlarla bəzədilib. Hökmdar və əyanların atları üçün toxunan Ç.-ların tərtibatında qızıl-gümüş tellərdən və qiymətli daşlardan istifadə edilib.
Tarix terminləri lüğətiudmurt. çum – çadır, koma
Sibir xalqlarının ənənəvi müvəqqəti yaşayış evi.
Konusvarı formalı Ç. əsası yerə basdırılan və yuxarı hissələri birləşdirilən çubuqlardan ibarət olur, bu çubuqların üzəri maral dərisi, keçə, yaxud tozağacı qabıqları ilə örtülür. Ç.-un ortasında ocaq yerləşir. Aşağı hissədə diametri 3–8 m təşkil edən Ç.-u asanlıqla söküb bir yerdən başqa yerə daşımaq mümkündür.
Tarix terminləri lüğətiXVIII əsrin sonu – XIX əsrdə Böyük Britaniyada, demək olar, əhalisiz qalmış, lakin parlamentdə öz nümayəndəliyini qoruyub saxlamış qədim kənd və şəhərciklərdən ibarət ərazilərə verilən ad.
Belə ərazilərə ingiliscə rotten boroughs (rotten – çürük + borough – kənd, şəhərcik) deyilir. Ç.Y. həmin torpaqların sahibi olan lendlordların işinə çox yarayırdı, onların məhdud sayda seçicinin səsini pul və digər üsullarla “satın alaraq” parlamentə deputat seçilməsini asanlaşdırırdı. 1831-ci ildə ingilis parlamentində 406 deputatdan 152-nin yüzdən, 88-nin isə əllidən az seçicisi var idi. Eyni zamanda Mançester, Birmingem kimi sürətlə inkişaf edən şəhərlərin tarixi bölgü sisteminə görə parlamentə öz nümayəndəsini göndərmək hüququ yox idi. 1832-ci ildə həyata keçirilən islahat nəticəsində Ç.Y.-dən 56-nın parlamentə nümayəndə göndərmək hüququ ləğv edildi, daha 30-nun təmsilçiliyi yarıbayarı azaldıldı. Boşalan yerlər 42 sənaye mərkəzi arasında bölüşdürüldü. 1867-ci ildə – 46, 1885-ci ildə isə daha – 105 Ç.Y.-in təmsilçiliyi ləğv olundu.
Tarix terminləri lüğəti