Müxtəlif ev heyvanlarının (at, dəvə, öküz və s.) belinə salmaq üçün istifadə olunan örtük.
Ç.-lar, əsasən, xovlu və xovsuz xalça texnikası, bəzən də tikmə üsulu ilə istehsal olunub, yun və ipək saplardan toxunub. Adətən, onların üzəri heyvan, quş rəsmləri, həndəsi və nəbati (gül, qönçə, yarpaq) naxışlar, həmçinin saçaqlarla bəzədilib. Hökmdar və əyanların atları üçün toxunan Ç.-ların tərtibatında qızıl-gümüş tellərdən və qiymətli daşlardan istifadə edilib.
Tarix terminləri lüğəti