ər. – hərfi mənası: durna
E.ə. II minillikdən Qədim Misirdə tətbiq olunan suvarma qurğusu.
Ş.-dan hündürlükdə yerləşən əkin sahələrini suvarmaq üçün istifadə edilib. Bu qurğu yerə basdırılmış dirək və hərəkət edən şüvüldən ibarət olub. Şüvülün bir ucuna daş parçaları bənd edilib, digər ucuna isə tuluq – dəri vedrə bərkidilib. Bu da minimum fiziki qüvvə sərf etməklə suyu çay və ya kanaldan tuluqla götürərək əkin sahəsinə qaldırmaq imkanı verib. Misirdən sonra Ş. Mesopotamiyada da geniş tətbiq olunub. Ondan bu gün də dünyanın bir çox ölkələrində quyudan su çəkmək üçün istifadə edilir.
Tarix terminləri lüğətiİslamda sünniliyin 4 əsas məzhəbindən biri.
Onun əsası VIII–IX əsrlərin qovuşuğunda imam Məhəmməd əş-Şafii (820-ci ildə vəfat edib) tərəfindən qoyulub, ona görə belə adlanır. Hənəfilik və malikilik məzhəblərinin güclü təsiri altında formalaşdığı üçün Ş. eklektik xarakter daşıyır. Hazırda Suriya, Livan, Fələstin və İordaniyanın sünni müsəlmanları arasında aparıcı məzhəb sayılan Ş.-in İraq, Pakistan, Hindistan, İndoneziya və Malayziyada da çoxsaylı ardıcılları var.
Tarix terminləri lüğətifars. – şaha aid, şahanə
Azərbaycanda XVI əsrdə Səfəvilər dövlətində kəsilmiş sikkə.
Ş. Səfəvi pul-sikkə sisteminin ən çox yayılmış vahidlərindən biri olub. Bu gümüş sikkənin nominal dəyəri 50 mis dinara bərabər götürülüb. I Şah Abbasın (1587–1629) pul islahatına əsasən, 4 şahı 1 abbası dəyərində hesablanıb. Səfəvilər dövlətində 5 Ş.-lıq, Nadir şah Əfşarın (1736–1747) hakimiyyəti dövründə isə 6 Ş.-lıq gümüş sikkələr kəsilib. Xalq arasında Ş. ifadəsi 5 qəpiklik pul mənasında işlədilir.
Tarix terminləri lüğətiAzərbaycanlıların etnoqrafik qrupu, formalaşması prosesinin əsası XVI əsrdə qoyulmuş tayfa birliyi.
Ş. Cənubi Azərbaycanın şimal-şərqində, Savalan dağı ilə Qarasu çayı arasındakı ərazidə, qismən də Azərbaycan Respublikasının cənubunda məskunlaşıblar. I Şah Abbas (1587–1629) qızılbaş tayfa başçılarının nüfuzunu sarsıtmaq və mərkəzi hakimiyyəti gücləndirmək məqsədilə bəzi tayfaları (əfşar, qacar və s.) öz tərəfinə çəkərək “şahsevən” adlı xüsusi qvardiya yaradıb. O, Ş.-ə Ərdəbil, Muğan, Savə və Qəzvin ətrafında geniş torpaq sahələri bağışlayıb. Bununla Səfəvilər dövlətinin əsas hərbi qüvvəsinə çevrilən S. sonralar Azərbaycanın siyasi həyatında da mühüm rol oynayıblar. XIX əsrin sonunda onların əksəriyyəti oturaq həyat tərzinə keçib. Ş. onlarla tayfa, qol və tirələrə bölünür.
Tarix terminləri lüğətiŞamanizm təliminə görə, özünü ekstaz halına gətirərək ruhlarla əlaqəyə girən, onlara təsir göstərməklə xəstələri müalicə etmək, fala baxmaq və s. bacarığı olan şəxs.
Bu termin dünyanın əksər dillərinə daxil olub. Bir ehtimala əsasən, Ş. termini sanskrit dilində “zahid, tərki-dünya, asket” anlamı verən “şraman” sözündən yaranıb. Digər ehtimala görə, həmin söz tunqus-mancur mənşəli olub, evenkcə “coşqun, ehtiraslı, keyləşmiş adam” mənası daşıyan “saman” sözündən yaranıb.
Tarix terminləri lüğətiBəşər tarixinin başlanğıc mərhələsində bir çox xalqlar arasında geniş yayılmış dinin erkən formalarından biri.
Ş.-in əsasında xüsusi bacarığa malik olan şəxs – şaman durur. Ş. təsəvvürlərinə görə, fövqəltəbii qabiliyyətə malik şaman ekstaz vəziyyətində xeyir və şər ruhlarla ünsiyyətə girir, onlardan nəyisə xahiş, yaxud tələb edə bilir. Ş. bir sıra Cənubi Sibir xalqlarında daha mürəkkəb formalar alıb, həmin ərazidə məskunlaşmış türk xalqları arasında da geniş yayılıb.
Tarix terminləri lüğətiÖncə Orta Asiyada yaşamış, sonralar səlcuqlar və monqolların tərkibində Kiçik Asiyaya köçmüş türk tayfalar qrupundan biri.
Suriyada məskunlaşmış türk tayfaları şamlu, Anadoluda (Rumda) yaşayanlar isə rumlu adlanıb. Əmir Teymur 1402-ci ildə I Bəyazidi məğlub etdikdən sonra Ş.-ın və rumluların bir qismini yenidən Orta Asiyaya köçürüb. Ərdəbildə Şeyx Səfinin türbəsini ziyarət etməyə gəldikdə isə o həmin tayfaların digər qismini Səfəvi şeyxinin tabeliyinə verib. Sonradan Ş. qızılbaş tayfa birliyinin tərkibində Səfəvilər dövlətinin yaranmasında fəal iştirak ediblər, habelə azərbaycanlıların etnogenezində mühüm rol oynayıblar.
Tarix terminləri lüğətiing. “Glorious Revolution”
İngiltərədə 1688–1689-cu illərdə II Yakov Stüartın taxtdan salınıb Oranlı III Vilhelmin kral elan olunması ilə nəticələnən dövlət çevrilişinin tarix ədəbiyyatında adı.
Ş.İ.-ın əsas yekunu İngiltərədə absolyutizmin birdəfəlik ləğvi və konstitusiyalı monarxiyanın bərqərar edilməsindən ibarətdir. Belə ki, 1689-cu ildə qəbul olunmuş “Hüquqlar haqqında bill” kralın səlahiyyətlərini məhdudlaşdırıb. Kral parlamentin razılığı olmadan qanunları qüvvədən salmaq və ya onların icrasını dayandırmaq, vergilər müəyyənləşdirmək və toplamaq, habelə daimi ordu saxlamaq hüququndan məhrum edilib. Ş.İ. burjuaziya və yeni zadəganların İngiltərə burjua inqilabındakı qələbəsini qətiləşdirib və ona dönməz xarakter verib.
Tarix terminləri lüğətifr. chantage
Hər hansı maddi və ya mənəvi qazanc məqsədilə kimsəni onun barəsində ifşaedici, ləkələyici, yaxud alçaldıcı məlumatlar yaymaqla hədələmə.
Belə məlumatları yaymaqla hədələyən şəxs, adətən, qarşı tərəfdən müəyyən hərəkətlərin yerinə yetirilməsini tələb edir. Ş. cinayət sayılır. ABŞ və digər ingilisdilli ölkələrdə o, reket adlanır.
Tarix terminləri lüğətiTəqribən 700–400 min il əvvəl mövcud olmuş Erkən Paleolit dövrünün ən qədim arxeoloji mədəniyyəti.
Ş.M.-nə aid ilk nümunələr XIX əsrin 60-cı illərində Paris yaxınlığındakı Şel yaşayış yerindən tapıldığı üçün belə adlandırılıb. Ş.M. üçün daşdan hazırlanmış ən primitiv əmək alətləri – çopper və çoppinqlər səciyyəvi hesab olunur. Ş.M. insanlarının fiziki tipi arxantroplara (pitekantrop, sinantrop, Heydelberq adamı və s.) uyğun gəlir. Onlar ovçuluq və yığıcılıqla məşğul olublar. Ş.M.-nə aid nümunələr Azərbaycanda Azıx mağarasının 6-cı təbəqəsindən tapılıb.
Tarix terminləri lüğəti