Reklam
Reklam

Tarix terminləri lüğəti

Şel mədəniyyəti

Təqribən 700–400 min il əvvəl mövcud olmuş Erkən Paleolit dövrünün ən qədim arxeoloji mədəniyyəti.

Ş.M.-nə aid ilk nümunələr XIX əsrin 60-cı illərində Paris yaxınlığındakı Şel yaşayış yerindən tapıldığı üçün belə adlandırılıb. Ş.M. üçün daşdan hazırlanmış ən primitiv əmək alətləri – çopperçoppinqlər səciyyəvi hesab olunur. Ş.M. insanlarının fiziki tipi arxantroplara (pitekantrop, sinantrop, Heydelberq adamı və s.) uyğun gəlir. Onlar ovçuluqyığıcılıqla məşğul olublar. Ş.M.-nə aid nümunələr Azərbaycanda Azıx mağarasının 6-cı təbəqəsindən tapılıb.

Tarix terminləri lüğəti