akkad. bāb-ilāni – hərfi mənası: Allahın qapısı
Qədim Mesopotamiyanın Akkad vilayətində şəhər.
B. bəşər tarixində ən iri şəhərlərdən biri, “ilk meqapolis” hesab olunur. B.-in xarabalıqları indiki İraq ərazisində, əl-Hillə şəhərinin yaxınlığında (Bağdaddan 85 km cənubda) yerləşir. B. adı ilk dəfə akkadlı Sarqon (e.ə. 2369–2314) əfsanəsində çəkilir. I Babil sülaləsindən olan Hammurapinin vaxtında (e.ə.1792–1750) B. təkcə Babilistanın deyil, bütün Ön Asiyanın siyasi, iqtisadi və mədəni mərkəzi olub. E.ə. təqribən 1595-ci ildə B. hettlər tərəfindən işğal edilib, e.ə. 1518-ci ildə kassitlərin əlinə keçib, e.ə. 732-ci ildə isə Assuriya dövlətinin tərkibinə qatılıb. II Navuxodonosorun vaxtında (e.ə. 604–562) B. inkişafının ən yüksək mərhələsinə çatıb. Bundan sonra onun tənəzzül dövrü başlayır. E.ə. 312-ci ildə Makedoniyalı İsgəndərin sərkərdələrindən olan Selevk tərəfindən işğal edilən B.-in əhalisinin çoxu yaxınlıqda salınmış Selevkiya şəhərinə köçürülür. Bundan sonra B. əhəmiyyətini itirərək eramızın II əsrində tam süquta uğrayır.
Tarix terminləri lüğətiXIX əsrin 40-cı illərində İranda şiəlik əsasında yaranmış dini təriqət.
Təriqətin banisi özünə ərəbcə “qapı” mənasını verən Bab ləqəbini götürmüş Seyid Əli Məhəmməd olub. Babın iddiasına görə, B. “qapı”sından keçən hər bir kəs üçün həqiqət və ədalətin yolu açılacaq. Təriqətin başlıca müddəaları Babın “Bəyan” kitabında şərh edilib. B.-də Quran və şəriətə əsaslanan qanunlar köhnəlmiş sayılır, onları “Bəyan”da verilən, bütün insanların bərabərliyinə və hüquqlarının qorunması prinsipinə əsaslanmış yeni qaydalarla əvəzləmək təklif olunur. Babın ardıcılları onun ideyalarını daha da inkişaf etdirərək vergilərin və mükəlləfiyyətlərin ləğvi, qadınlara kişilərlə bərabər hüquqların verilməsi, çadra örtməyin məcburi olmaması kimi həmin dönəm üçün radikal ideyalar irəli sürüblər. Onlar habelə xüsusi mülkiyyətin ləğvi, əmlakın ümumiləşdirilərək insanlar arasında bərabər bölünməsi kimi təkliflər də səsləndiriblər. Babın şagirdlərindən olan Bəhaulla B.-in radikal məzmununu kənara ataraq yeni bəhailik təlimini yaradıb.
Həmçinin bax:
Tarix terminləri lüğətiİranda 1848–1852-ci illərdə babilik təriqətindən olan ruhanilərin və xırda burjuaziyanın başçılıq etdiyi hərəkat.
B.H. dini xarakter daşısa da, onun əsas məqsədi insanların bərabərliyi uğrunda iri feodallar, ali ruhani təbəqəsi və xarici kapitala qarşı mübarizə olub. B.H.-nın kulminasiya nöqtəsini Mazandaranda (1848–1849), Zəncanda (1850-ci il, iyun–dekabr) və Neyrizdə (1850-ci il, iyun) üç böyük üsyan təşkil edib. Həmin üsyanlar amansızlıqla yatırıldıqdan sonra hərəkat kütləviliyini itirib və onun iştirakçıları terror taktikasına keçiblər. 1852-ci ilin avqustunda Nəsrəddin şaha edilən uğursuz sui-qəsddən sonra babilərə kütləvi divan tutulub və B.H. birdəfəlik yatırılıb.
Tarix terminləri lüğətifars. – vergi, xərac, rüsum, təzminat
1. Orta əsrlərdə bəzi Yaxın Şərq ölkələrində, eləcə də Azərbaycanda vergi, gömrük rüsumu.
Bu rüsum bir yerdən başqa yerə aparılan əmlaka və s. mallara görə alınırdı. B.-ın həcmi qeyri-müəyyən olub. O, ticarətin inkişafına və şəhər həyatının canlanmasına ciddi əngəl törədib.
2. Məğlub ölkənin qalib ölkəyə verdiyi təzminat; “bac-xərac” kimi də işlədilir.
Tarix terminləri lüğətiXVIII əsrin sonu – XIX əsrin əvvəlində Azərbaycanda işlədilən Niderland qızıl dukatlarının yerli adı.
Avstriya qızıl sikkələri, habelə Qacarlar sülaləsindən olan Fətəli şahın (1797–1834) kəsdirdiyi bəzi qızıl sikkələr də B. adlanıb. Qadınlar B.-nı sapa düzüb boyunlarından asaraq zinət əşyası kimi də istifadə ediblər.
Tarix terminləri lüğətilat. Homo habilis
Sadə əmək alətləri hazırlamağa qabil olan insan nəslinin ən qədim nümayəndəsi, ən yüksək inkişaf etmiş avstralopitek tipi.
B.İ.-ın (ona “qabil insan” da deyilir) ilk nümunəsi arxeoloqlar Meri və Luis Likilər tərəfindən 1960-cı ildə aşkar edilib. 1964-cü ildə Tanzaniyanın Olduvay dərəsindəki sensasiyalı tapıntıdan sonra B.İ.-ın geniş təsviri verilib. Olduvay dərəsində yaşı 2–2,5 mln. ilə bərabər olan yeni hominidlərin pəncə və daban hissələri, körpücük sümüyü, eləcə də çənə qalıqları aşkarlanıb. Pəncəsinin quruluşuna görə müəyyən olunub ki, yeni hominid növü şaquli vəziyyətdə, iki ayağı üzərində hərəkət edib. Öncə prezincantrop adlandırılan yeni hominidə daha sonra Luis Likinin təklifi ilə Homo habilis (bacarıqlı, qabil insan) adı verilib.
Tarix terminləri lüğətiOrta əsrlərdə bəzi Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda gömrük rüsumlarını toplayan məmur.
B. varlı təbəqələrin nümayəndələrindən təyin olunub, xüsusi silahlı dəstələrlə şəhər darvazalarının qabağında, yolayrıclarındakı məntəqələrdə yerləşdirilib. XVIII əsrdə xanlıqlar dövründə rüsum toplayan məmur isə rahdar adlanıb.
Həmçinin bax:
Tarix terminləri lüğətiE.ə. V minillikdə Nil vadisində geniş yayılmış arxeoloji mədəniyyət.
Bu mədəniyyətin izləri Badari kəndində (Orta Misir) aparılan qazıntılar zamanı aşkar edilib. Orada, əsasən, daş, ağac, sümük alətlər tapılıb, mis məmulatlar isə çox az aşkarlanıb. Qazıntı materialları B.M.-nə aid tayfaların əkinçilik, maldarlıq, ovçuluq və balıqçılıqla məşğul olduğunu göstərir. Sənətkarlıq – toxuculuq, dulusçuluq da B.M.-ndə yaxşı inkişaf edib, Orta Misirdəki qaya təsvirləri bu mədəniyyətə aid edilir.
Tarix terminləri lüğəti1. Azərbaycanda orta əsrlərdə bağı olanlardan alınan (XIX əsrin 20-ci illərinə qədər) natural vergi.
B. bütün məhsulun (meyvənin) təqribən 1/10-dən ibarət olub bəzən bağın sahəsinə və ağacların sayına görə də müəyyən edilib. Xanlıqlar dövründə bu vergi bağpulu adlanıb.
2. Yayın əvvəlində nişanlı qızlar üçün oğlan evi tərəfindən göndərilən sovqat.
Tarix terminləri lüğəti1918–1920-ci illərdə AXC-də dövriyyədə olan pul nişanı; alıcılıq və ödəmə vasitəsi kimi istifadə olunan qısamüddətli borc öhdəliyi.
Regionda ilk bonlar 1918-ci il fevralın 5-də Zaqafqaziya Komissarlığı tərəfindən, daha sonra müstəqil Cənubi Qafqaz respublikaları arasındakı razılıq əsasında buraxılıb. 1918-ci il sentyabrın 22-də AXC-də pul dövriyyəsi məsələsi həll olunana kimi Bakı şəhər özünüidarə orqanı tərəfindən 10, 25 və 50 manat dəyərində B.B. buraxılması qərara alınıb. 1919-cu il iyunun 6-da isə 100 manatlıq kağız əsginaslar dövriyyəyə daxil edilib. Cümhuriyyət hökumətinin 1919-cu il 3 mart tarixli qərarı ilə B.B.-larının Cənubi Qafqaz bonlarına sərbəst dəyişdirilməsinə icazə verilib. Aprelin 23-dən etibarən isə B.B.-larının bütün Azərbaycan ərazisində işlənməsi qərara alınıb. Bu bonlar cümhuriyyətin maliyyə-təsərrüfat işlərinin nizama salınmasında və müstəqil maliyyə siyasəti yeridilməsində əhəmiyyətli rol oynayıb.
Tarix terminləri lüğəti