Reklam
Reklam

Tarix terminləri lüğəti

Bakı bonu

1918–1920-ci illərdə AXC-də dövriyyədə olan pul nişanı; alıcılıq və ödəmə vasitəsi kimi istifadə olunan qısamüddətli borc öhdəliyi.

Regionda ilk bonlar 1918-ci il fevralın 5-də Zaqafqaziya Komissarlığı tərəfindən, daha sonra müstəqil Cənubi Qafqaz respublikaları arasındakı razılıq əsasında buraxılıb. 1918-ci il sentyabrın 22-də AXC-də pul dövriyyəsi məsələsi həll olunana kimi Bakı şəhər özünüidarə orqanı tərəfindən 10, 25 və 50 manat dəyərində B.B. buraxılması qərara alınıb. 1919-cu il iyunun 6-da isə 100 manatlıq kağız əsginaslar dövriyyəyə daxil edilib. Cümhuriyyət hökumətinin 1919-cu il 3 mart tarixli qərarı ilə B.B.-larının Cənubi Qafqaz bonlarına sərbəst dəyişdirilməsinə icazə verilib. Aprelin 23-dən etibarən isə B.B.-larının bütün Azərbaycan ərazisində işlənməsi qərara alınıb. Bu bonlar cümhuriyyətin maliyyə-təsərrüfat işlərinin nizama salınmasında və müstəqil maliyyə siyasəti yeridilməsində əhəmiyyətli rol oynayıb.

Tarix terminləri lüğəti