alm. burgermeister – şəhər başçısı
Bir sıra Avropa ölkələrində (Almaniya, Avstriya, Belçika, Hollandiya və s.) şəhər özünüidarəetmə orqanının rəhbəri.
Belə orqanlar Qərbi Avropada XVI–XVII əsrlərdən etibarən yaradılmağa başlayıb. B.-lər şəhər bələdiyyə şuralarının üzvləri (məsələn, Almaniyanın əksər regionlarında) və ya əhali tərəfindən (Almaniyanın Bavariya və Baden-Vürtemberq regionlarında) seçilir, yaxud, Hollandiyadakı kimi, hökumət tərəfindən təyin olunurlar.
Tarix terminləri lüğətilat. burgundii
Qədim şərqi german tayfalarından biri.
B.-ın e.ə. II əsrədək Baltik dənizində Bornholm adasında yaşadıqları, sonradan kontinentə köçdükləri ehtimal olunur. 406-cı ildə onlar Reyn çayının sol sahilində krallıq yaradıblar. Həmin krallıq hunlar tərəfindən dağıdılıb. Bunun ardınca B. 457-ci ildə Rona çayı hövzəsində mərkəzi Lion şəhəri olmaqla yeni krallığın əsasını qoyublar. VI əsrin 30-cu illərində bu krallıq da franklar tərəfindən fəth edilib. Frankların təsiri altına düşən B. fransız xalqının tərkibinə daxil olublar.
Tarix terminləri lüğətiholl. boeren – kəndli
Cənubi Afrikada, əsasən, holland, qismən fransız və alman mühacirlərinin törəmələrindən formalaşmış afrikaner xalqının tərkibində subetnik qrup.
Ağlardan ibarət fermerləri, kənd əhalisini, eləcə də yoxsul ağları burada belə adlandırırlar. Afrikanerlər özlərini heç vaxt B. adlandırmırlar.
Tarix terminləri lüğətifr. bureau – büro, dəftərxana + yun. kratos – hakim, hakimiyyət
1. Xüsusi aparat vasitəsilə müəyyən siyasəti həyata keçirən, məxsusi funksiya və imtiyazlara malik idarəetmə sistemi.
2. Hökumət strukturlarının nümayəndələrindən, dövlət məmurlarından ibarət olub səlahiyyətləri və imtiyazlarına görə cəmiyyətin qalan hissəsindən fərqlənən təbəqə.
Termin XVIII əsrdə Fransada yaranıb və ilk vaxtlar yalnız mənfi mənada (süründürməçiliyin, işə qeyri-yaradıcı münasibətin və s.-nin sinonimi kimi) istifadə edilib.
Tarix terminləri lüğəti