XVII–XVIII əsrlərdə İran və Cənubi Qafqazda işlədilmiş gümüş sikkə.
A. danışıq dilində «abası», «abaz», «abas» kimi də tələffüz olunur. O, Səfəvi hökmdarı şah I Abbasın (Şah Abbas) hakimiyyəti dövründə, təxninən 1620-ci ildə təsis olunub və onun şərəfinə adlandırılıb. İlk vaxtlar çəkisi 7,7 qram, nominal dəyəri 4 şahı və ya 200 dinara bərabər olub. Səfəvilər dövlətinin, həmçinin XVIII əsrdə Azərbaycan xanlıqlarının pul dövriyyəsində A. əsas pul vahidi rolunu oynayıb. Azərbaycan Rusiya tərəfindən ilhaq edildikdən sonra A. öz çəkisinə görə ona uyğun gələn rus gümüş sikkəsi 2 qrivenniki və ya 20 qəpiyi ifadə edib. Həmin mənada A. son dövrlərədək tarixi-arxaik termin kimi xalq arasında geniş işlədilib.
Tarix terminləri lüğətilat. abbas, yun. abba – ata
Abbatın idarə etdiyi katolik monastırı.
A.-lar geniş torpaq sahələri və zəngin daşınmaz əmlaka malik olan feodal mülkiyyətçiləri idi. İlk katolik A. VI əsrdə İtaliyada (Montekassino) yaradılıb. Orta əsrlərdə ən nüfuzlu A.-lar (Sen-Deni, Klyuni, Klervo, Sen-Qallen, Montekassino və s.) Qərbi Avropanın dini, siyasi və iqtisadi həyatında mühüm rol oynayıb. Reformasiya və xüsusilə də burjua inqilabları dövründən (XVI–XVII əsrlər) başlayaraq A.-lar Avropa ölkələrinin ictimai həyatına öz təsir imkanlarını tədricən itirməyə başlayıb. Hazırda A.-ların böyük əksəriyyəti fəaliyyətini dayandırıb.
Tarix terminləri lüğətiÖlkənin, xalqın, bəşəriyyətin mədəni irsinin tərkib hissəsi olan, bir qayda olaraq, xüsusi qanunlarla qorunan obyekt, eləcə də konkret şəxslərin və ya tarixi hadisələrin şərəfinə yaradılmış incəsənət əsəri – heykəl, relyefli və yaxud yazılı lövhə, zəfər tağı, büst, sütun, məzar daşı və s.
Tarix terminləri lüğətiAmerika Birləşmiş Ştatlarında və Latın Amerikasında XVIII–XIX əsrlərdə zənci köləliyinin ləğvi uğrunda ictimai hərəkat.
Hərəkatın əsas məqsədi köləliyin pislənməsi və ictimai fikrin onun əleyhinə yönəldilməsi olub. A.H.-nın təsiri altında 1780-ci ildən başlayaraq ABŞ-ın şimal ştatlarında köləliyin ləğv olunmasına başlanılıb. Artıq XIX əsrin əvvəlində köləliyin ləğv olunmasının zəruriliyi Avropa ölkələrinin əksər hökumətləri tərəfindən etiraf olunub. 1807–1808-ci illərdə Afrikadan ABŞ və Britaniya müstəmləkələrinə kölələrin gətirilməsi qadağan edilib. 1833-cü ildə isə Britaniya imperiyasının bütün ərazisində, o cümlədən müstəmləkələrində köləlik ləğv olunub. 1859-cu ildə ABŞ-ın Virciniya ştatında Con Braunun başçılığı ilə köləlik əleyhinə üsyan baş qaldırıb. 1861–1865-ci illəri əhatə edən vətəndaş müharibəsi bitdikdən sonra ABŞ Konstitusiyasına edilmiş 13-cü düzəlişə əsasən, bu ölkədə köləlik rəsmən ləğv edilib. Həmin qərarın qəbulunda ABŞ-ın 16-cı prezidenti Avraam Linkoln müstəsna rol oynayıb. 1870-ci il martın 30-da ABŞ Konstitusiyasına 15-ci düzəlişlə keçmiş kölələrə səsvermə hüququ verildikdən sonra isə A.H. əhəmiyyətini itirməyə və zəifləməyə başlayıb. 1948-ci ildə qəbul edilmiş “Ümumdünya insan hüquqları bəyannaməsi” köləliyi qeyri-qanuni elan edib. Köləliyin ləğv olunduğu sonuncu ölkə Mavritaniya (1981) olub.
Həmçinin bax:
Tarix terminləri lüğətiing. abolitionism < lat. abolitio – ləğvetmə, məhvetmə
1. Köləliyin ləğv olunması və qulların azad edilməsi uğrunda ictimai hərəkat.
Hələ 1542-ci ildə ispan kralı V Karl hinduları köləyə çevirməyi qadağan edən fərman versə də, onun təsir dairəsi çox məhdud olub. XVII əsrdə köləliyin ləğv edilməsi tələbi ilə ingilis kvakerlər hərəkatı çıxış edib. XVIII əsrin ortalarında isə ingilis parlamentinin üzvü general Ceyms Oqletorp və tərəfdarları bu barədə müvafiq qanunun qəbul edilməsinə çalışıblar. Həmin əsrin sonlarında qulların azad olunması tələbi Avropa maarifçilik hərəkatının əsas ideyalarından birinə çevrilib. Bu dövrdə siyasi partiyaların fəaliyyətində birbaşa iştirakdan imtina edərək mətbuat və açıq çıxışlar vasitəsilə köləliyin ləğvinə yardım etməyə çalışan filantroplar abolisionist adlanıb. Lakin yalnız XVIII əsrin ikinci yarısından – Amerika Birləşmiş Ştatlarında və Latın Amerikasında zənci köləliyinin ləğvi uğrunda ictimai hərəkatın yüksəlişindən sonra A. geniş vüsət alıb.
2. Hər hansı qanunun, yaxud institutun ləğvini qarşısına məqsəd qoyan hərəkat.
A. termini belə geniş mənada XX əsrdən etibarən işlədilməyə başlanıb.
Həmçinin bax:
Tarix terminləri lüğətifr. abordage – gəmi bortu
Avarlı və yelkənli donanmalar dövrü üçün xarakterik olan dəniz döyüşü taktikası.
A., adətən, zədələnmiş düşmən gəmisini ələ keçirmək üçün tətbiq edilib. Hücum edən gəmi qarmaqla digər gəmiyə bağlanır və döyüşün nəticəsi əlbəyaxa vuruşmadan asılı olur. Uzaqvuran topların və buxar gəmilərinin meydana çıxması ilə A. XIX əsrdən öz əvvəlki hərbi əhəmiyyətini itirib.
Tarix terminləri lüğətilat. aborigines – ilkin, əzəli
Ölkənin və ya hər hansı ərazinin qədim, yerli sakinləri.
Bu termin qədim yunanca avtoxton anlayışına uyğun gəlir. Sosial-iqtisadi inkişaf səviyyəsinə görə xeyli geri qalmış tayfalar da A. adlanır (məs.: əkinçilik və maldarlığın nə olduğunu bilməyən adaların A.-ləri).
Həmçinin bax:
Tarix terminləri lüğətilat. absentis – iştirak etməmə
1. Vətəndaşlıq hüquqlarının icrasından könüllü imtina.
Əhalinin müəyyən qisminin nümayəndəli orqanların fəaliyyətində iştirakdan və ya seçkilərdə səsvermə hüququndan boyun qaçırması A.-ə misal ola bilər. A.-ə yol verməmək üçün bir sıra ölkələrdə sərt qanunlar qəbul olunur, seçkilərdə iştirakdan imtina edənlər cərimələnirlər.
2. Latın Amerikası, Asiya, Afrika, ABŞ, Kanada, İspaniya və bir sıra digər ölkələrdə geniş yayılmış torpaq mülkiyyəti forması.
Bu zaman torpağın real sahibi bilavasitə istehsal prosesində iştirak etməsə də, pul və ya məhsul şəklində gəlir götürmək hüququna malik olur.
Tarix terminləri lüğətifr. absolutisme < lat. absolutus – qeyd-şərtsiz
Bütün hakimiyyətin qeyri-məhdud olaraq bir adamın – monarxın əlində cəmləşdiyi dövlət hakimiyyəti forması, mütləq monarxiya.
Dövlət hakimiyyətinin yüksək dərəcədə mərkəzləşmə forması olan A.-də xalq qanunvericilik prosesində iştirakdan və idarəetmə sahəsinə nəzarətdən təmamilə kənarlaşdırılır. Qərbi Avropa ölkələrində A.-in çiçəklənməsi dövrü XVII–XVIII, Rusiyada isə XVIII–XIX əsrlərə təsadüf edib. XXI əsrin əvvəllərində Səudiyyə Ərəbistanı, Qatar, Vatikan və bəzi digər dövlətlərdə A. hökm sürür.
Tarix terminləri lüğəti1899–1949-cu illərdə ABŞ-ın Çinə münasibətdə yeritdiyi siyasət.
A.Q.D.-nın əsas müddəaları ABŞ dövlət katibi C.Heyin (John M. Hay) 1899-cu ildə Böyük Britaniya, Almaniya, Rusiya, İtaliya, Fransa və Yaponiya hökumətlərinə göndərdiyi notalarda əksini tapıb. Doktrinanın mahiyyətini Çin ərazisində azad ticarət və kapitalın sərbəst hərəkəti prinsipinin tətbiqi təşkil edib. Doktrinanın meydana çıxmasına səbəb XIX əsrin sonunda Çinin Britaniya, Almaniya, Rusiya, Fransa və Yaponiya tərəfindən nüfuz dairələrinə bölünməsi olub. Artıq o zaman dünyanın ən güclü iqtisadiyyatlarından birinə malik olan ABŞ bu bölgüdən kənarda qaldığı üçün “ədalətsizliyi” aradan qaldırmaq və Amerika kapitalına Çin bazarına daxil olmaq imkanı yaratmaq məqsədilə A.Q.D-nı irəli sürüb. Doktrina Avropa dövlətləri və ABŞ üçün Çinlə ticarətdə bərabər şərtlərin müəyyənləşdirilməsini, ilk növbədə, hansı ölkədə istehsal olunmasından asılı olmayaraq bütün mallara eyni gömrük rüsumlarının tətbiq edilməsini nəzərdə tutur.
Tarix terminləri lüğətilat. adventus – zühur etmə
Xristianlığın protestant qoluna aid cərəyanlardan biri.
A.-in əsasında yaxınlarda İsa Məsihin ikinci zühurunun baş verəcəyinə və Yer kürəsində “minillik ilahi hökmranlığın” bərqərar olacağına inam durur. A. bir neçə sektaya bölünür ki, onlardan da 7-ci gün adventistləri daha nüfuzlu hesab olunur. Bazar günü əvəzinə şənbəni həftənin 7-ci günü kimi bayram etdiklərinə görə belə adlandırılıblar. Onlar ruhun ölməzliyinə inanmır və hesab edirlər ki, insanla birlikdə ölən ruh yalnız məhşər günü yenidən diriləcək. A. XIX əsrin 40-cı illərində ABŞ-da formalaşıb və dini mistikada təskinlik axtaran müflisləşmiş xırda fermerlər və ticarətçilər arasında yayılıb. XXI əsrin əvvəllərində dünyada A. tərəfdarlarının sayı 20 milyona çatırdı.
Tarix terminləri lüğəti