Reklam
Reklam

Tarix terminləri lüğəti

abbatlıq

lat. abbas, yun. abba – ata

Abbatın idarə etdiyi katolik monastırı.

A.-lar geniş torpaq sahələri və zəngin daşınmaz əmlaka malik olan feodal mülkiyyətçiləri idi. İlk katolik A. VI əsrdə İtaliyada (Montekassino) yaradılıb. Orta əsrlərdə ən nüfuzlu A.-lar (Sen-Deni, Klyuni, Klervo, Sen-Qallen, Montekassino və s.) Qərbi Avropanın dini, siyasi və iqtisadi həyatında mühüm rol oynayıb. Reformasiya və xüsusilə də burjua inqilabları dövründən (XVI–XVII əsrlər) başlayaraq A.-lar Avropa ölkələrinin ictimai həyatına öz təsir imkanlarını tədricən itirməyə başlayıb. Hazırda A.-ların böyük əksəriyyəti fəaliyyətini dayandırıb.

Tarix terminləri lüğəti