1. Yad mübahisələrə, yabançı tərəflərin mübarizəsinə qoşulmamaq siyasəti.
2. Başqa dövlətlər arasındakı silahlı münaqişə və müharibələrə qoşulmamağı, hərbi-siyasi ittifaqlarda iştirak etməməyi nəzərdə tutan xarici siyasət kursu.
1815-ci ildən belə siyasət yeridən İsveçrə B. statusuna malik dövlətlərə misal ola bilər.
Tarix terminləri lüğətiOrta əsrlərdə bəzi Şərq ölkələrində və Azərbaycanda mövcud olmuş katib, yazar vəzifəsi.
İslamiyyətdən öncəki dönəmlərdə türklərdə xaqanların dəftərxanasına rəhbərlik edən baş katib belə adlanıb. Daha sonra uyğurlardan monqollara keçən B. termini Şərqdə və XIII əsrdən başlayaraq Azərbaycanda da geniş işlənib. Dövlətin baş B.-si (uluğ bitikçi) hökmdar tərəfindən təyin olunub. Ona hökmdar sülaləsinin tarixinin yazılması, mədaxil və məxaric xərcləri dəftərlərinin düzgün aparılmasına nəzarət, əmlakın qeydə alınması və s. səlahiyyətlər verilib.
Tarix terminləri lüğətifars. biqar – müftə, muzdsuz
Feodal torpaq rentasının formalarından biri.
Kəndlilərin feodal təsərrüfatında əvəzi ödənilmədən məcburi gördüyü bütün işlər B. adlanıb. B. rentası şəraitində kəndli vaxtının bir hissəsini öz torpaq sahəsində, qalan hissəsini isə öz iş heyvanları və əmək alətləri ilə mülkədar torpaqlarında müftə işləyib.
Həmçinin bax:
Tarix terminləri lüğətialm. blitzkrieg – ildırımsürətli müharibə
Nasist komandanlığı tərəfindən hazırlanmış və rəqib üzərində ən qısa müddətdə tam qələbə çalmağı nəzərdə tutan hərbi strategiya.
Nasist Almaniyası bu strategiyadan II Dünya müharibəsində istifadə edib. Almanların Fransa və Polşaya qarşı hərbi kampaniyalarında B. uğurla tətbiq olunsa da, SSRİ-yə qarşı müharibədə həmin ideya əsasında hazırlanmış “Barbarossa planı” tam iflasa uğrayıb.
Tarix terminləri lüğətiing. blockade – mühasirə, təcrid
1. Hər hansı ərazinin (ölkə, şəhər, qala və s.) xarici aləmlə bütün əlaqələrini kəsmək məqsədilə onun mühasirəyə alınması.
2. Hər hansı dövlətlər qrupunun, dövlətin və ya onun bir hissəsinin hərbi, siyasi, iqtisadi cəhətdən təcrid edilməsi.
B.-nın təşkilatçıları qarşı tərəfi müəyyən tələbləri yerinə yetirməyə, şərtlərlə razılaşmağa məcbur etmək məqsədilə onun xarici aləmlə bütün əlaqələrin zorakı üsullarla maksimum məhdudlaşdırırlar.
Tarix terminləri lüğətifr. bon – çek, talon
1. Dövlət, bələdiyyə orqanları və ayrı-ayrı şirkətlər tərəfindən buraxılan, alıcılıq və ödəmə vasitəsi kimi istifadə olunan qısamüddətli borc öhdəlikləri.
2. Müvəqqəti pul nişanları.
3. Dövriyyədən çıxmış, kolleksiyaçılar üçün xüsusi əhəmiyyət kəsb edən kağız pul əsginasları.
Həmçinin bax:
Tarix terminləri lüğətirus. – əksəriyyət, çoxluq
Sərt mərkəzləşdirilmiş və ciddi intizamlı inqilabi partiyanın yaradılmasını, dövlət hakimiyyətinin ələ keçirilərək və diktatura rejiminin bərqərar olunmasını təbliğ edən totalitar düşüncəli siyasi ideya cərəyanı və siyasi hərəkat.
B. leninizm məfhumunun sinonimi kimi də işlənir. 1903-cü ildə Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının II qurultayında Leninlə Martov arasında təşkilata üzvlük məsələsi ətrafında fikir ayrılığı nəticəsində yaranıb. Həmin məsələdə Lenin tərəfdarları çoxluq qazandıqları üçün rusca «əksəriyyət» mənasını verən bolşeviklər, azlıqda qalan Martov tərəfdarları isə menşeviklər adlandırılıb. 1917-ci ildə oktyabr çevrilişi nəticəsində hakimiyyətə gələn B. tərəfdarları bəşər tarixinin ən qəddar siyasi rejimlərindən birini yaradıblar.
Tarix terminləri lüğəti1. Böyük Fransa inqilabından sonra Napoleon Bonapartın və 1848-ci il inqilabının məğlubiyyətindən sonra hakimiyyətə keçən Lui Bonapartın hərbi diktaturası.
2. Sonralar hərbçilərə arxalanan və özünü siyasi mübarizənin fövqündə göstərmək istəyən hər bir əks-inqilabi diktaturaya verilən ad.
Tarix terminləri lüğətiXIX əsrdə Fransada yaranmış və Bonapartlar ailəsinin hakimiyyətini bərpa etməyi qarşısına məqsəd qoymuş siyasi hərəkat, habelə bu hərəkatın üzvləri.
B. hərəkatı I Napoleonun ölümündən dərhal sonra 1821-ci ildə təşəkkül tapıb. 1832-ci ildə I Napoleonun yaxın qohumu Lui Bonapart hərəkatın rəhbərinə çevrilib və fransız taxt-tacına iddiasını irəli sürüb. Bir neçə uğursuz cəhddən sonra 1848-ci ildə B. arzularına çatıblar. Həmin il kral devrildikdən sonra Lui Bonapart Fransa prezidenti olub və 1852-ci ildə özünü imperator elan edib. 1870-ci ildə İkinci imperiyanın süqutuna kimi B. ölkədə hakim siyasi qüvvə olublar. XIX əsrin sonunda hərəkat tədricən zəifləyərək siyasi səhnədən çıxıb.
Həmçinin bax:
Tarix terminləri lüğətiQədim Afinada kəndlinin sahəsinə qoyulan, üzərində onun kimdən, nə qədər borc aldığı və nə vaxt qaytarmalı olduğu yazılan daş.
Kəndli borcunu vaxtında qaytara bilmədikdə ailəsi ilə birlikdə borclu olduğu şəxsin köləsinə çevrilib. Solon qanunları (e.ə. VII əsr) ilə B.D. ləğv olunub.
Tarix terminləri lüğəti